Cəmiyyət

Bakı metrosundakı rəzilliyi qurumlar niyə gizli saxlayır? - FOTO

1 Avqust 2014 13:41
4 Şərh     Baxış: 2 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Bakı metropolitenində baş vermiş rüsvayçı olayla bağlı Daxili İşlər Nazirliyi hələ də rəsmi mövqeyini açıqlamayıb.
  

Milli.Az xəbər verir ki, Bakı metropolitenindəki problemlər az olmadığı halda, onlara stansiyanın foyesində vəzifə səlahiyyətlərini icra edərkən siqaret çəkən polis də əlavə olunub.
 

"İnşaatçılar" stansiyasında siqaret çəkən polis əməkdaşının fotosu bir neçə gün əvvəl yayılmışdı.
 

Olayla bağlı olaraq Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsi mövqeyini bildirmiş, həmin asayiş keşikçisi barədə tədbir görüləcəyini bildirmişdi.

Lakin rəsmi açıqlama hələ də səslənməyib.
 

Məsələ ilə bağlı Bakı metropoliteni ilə əlaqə saxladıq. Metropoliten yetkililəri məsələnin DİN-in müvafiq qurumlarının səlahiyyətində olduğunu söylədilər.

DİN-dən polis barədə hansı ölçu götürüləcəyini öyrənmək istədik, ancaq məsələni bilməmiş kimi "öyrənib sizi məlumatlandıracağıq dedilər".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə əməkdaşımıza sualı sonra cavablandıracağını bildirdi.
 

Ceyhun Ələkbərov

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.