Cəmiyyət

Paytaxt məhəllələrindəki ağaclar kimin hesabına sulanır?

1 Avqust 2014 12:01
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına Elmar adlı oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Bakının Yasamal rayonundakı Əsəd Əhmədov 28 ünvanındakı su kranını artıq üç ildir ki, bağlayıblar. Ağacları sulaya bilmirik. "Azərsu"ya müraciət etmişik, ancaq nəticəsi yoxdur. Rayon icra hakimiyyətindən də bizi bələdiyyə orqanlarına yönləndirirlər. Məsələ ilə bağlı kimə müraciət edək?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərovla əlaqə saxlayıb. Onun sözlərinə görə, həyətlərdəki ağacların sulanması onların səlahiyyətlərinə daxil deyil.

"Bizim təlimatımızda deyilmir ki, bu məsələ bizim öhdəliyimizdir. Bunun üçün nə maliyyə vəsaiti, nə də ki, işçi ayrılmayıb. Mən bildiyim qədər, bu işlə yaşıllaşdırma trestləri məşğul olmalıdır", - o əlavə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentində də qeyd ediblər ki, ağaclara aqrotexniki qulluq işlərini Yaşıllaşdırma təsərrüfatı tresti həyat keçirir.

Yaşıllaşdırma tresti ilə dəfələrlə əlaqə saxlamaq cəhdləri boşa çıxıb. Ancaq sakinlər artıq bilirlər ki, bu məsələ ilə bağlı haraya müraciət etmək lazımdır. "Azərsu"ya da müraciət etmək olar, lakin bu zaman sakinlər su pulunu öz ciblərindən ödəməlidirlər. Bunun üçün yerli sukanal idarəsinə müraciət etmək gərəkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.