Cəmiyyət

"Azadlıq" qəzeti fəaliyyətini dayandırdı

31 İyul 2014 18:18
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azadlıq" qəzeti bu gündən fəaliyyətini dayandırıb. Milli.Az xəbər verir ki, bu barədə APA-ya qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb qəzetin çap olunması üçün vəsaitin olmamasıdır. R.Hacıyev qeyd edib ki, qəzetin "Azərbaycan Nəşriyyatı"na 20 min manatdan artıq borcu var: "Nəşriyyat hələ may ayının sonlarında bizə borcu ödəməklə bağlı xəbərdarlıq etmişdi, bu gün isə artıq bildirdilər ki, borc ödənməsə, qəzeti çap edə bilməzlər. Odur ki, qəzet artıq sabah üçün çap olunmayacaq".

R.Hacıyevin sözlərinə görə, "Qasid" firmasının qəzetə 70 min manat borcu var, ancaq şirkət borcunu ödəmir: "Biz çalışacağıq ki, qəzetin çapını bərpa edək. Ödəniş olacağı təqdirdə, qəzet fəaliyyətini davam etdirə bilər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.