Cəmiyyət

Osman Gündüz: "Facebook-un ölüm xəbəri həddən artıq şişirdilmiş məlumatdır"

31 İyul 2014 17:43
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son zamanlar Whatsapp, İnstagram kimi sosial internet vasitələrinin artdığı bir dövrdə Facebook-un "köhnəldiyinə" dair fikirlər yaranıb

Milli.Az xəbər verir ki, modern.az-a danışan, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzə isə bu fikirlərlə razılaşmır:

"Bütün sosial vasitələrin hər birinin hal-hazırda öz funksiyaları, imkanları istifadəçiləri var. Azərbaycanda Facebook müqayisə olunmayacaq dərəcədə başqalarından üstündür. Facebook istifadəçilərinin sayı 1,5 milyondan çoxdur. İnsanların böyük əksəriyyəti Facebook üzərindən informasiya münasibətləri qururlar, informasiya əldə edirlər. Hətta dövlət qurumları vətəndaşlarla münasibət qurmaq üçün facebook-dan istifadə edirlər".

Online media eksperti gələcəkdə Facebook-un sıradan çıxmasının qeyri-mümkün olduğunu deyir: "Düşünmürəm ki, Whatsapp və digərləri Facebook-da olan imkanlara malikdir.

Məncə, gələcəkdə də Facebook öz statusunu qoruyub saxlaya biləcək. Çünki hələlik bundan yaxşısı ortaya qoyulmayıb. Buna cəhdlər olub. Həm bizim özümüzün milli sosial şəbəkəmizi yaratmağa, həm də dünyada da belə cəhdlər olub. Amma düşünürəm ki, yaxın gələcək üçün bu cür imkanlara malik, bu cür populyar sosial şəbəkə yaratmaq bir az çətin olar, çünki artıq bunlar formalaşıb. Bunun üzərində milyonlarla insan çalışır. Yaxın gələcək üçün ola bilər ani mesajlaşma proqramları başqası ola bilər. Ani mesajlaşma Whatsappda var.

İndi də teleqram çıxır. Amma facebook-un mesajlaşmada, video yükləməkdə və s.-də çoxsaylı imkanlar var. Gələcəkdə təhlükəsizliklə bağlı məqamlar hansında güclüdürsə, paylaşmaq, informasiya münasibətləri qurmaq, çoxsaylı üzvləri cəlbetmək imkanları hansında güclüdürsə, onlar bazarda qalacaq bazarda. Hələlik Facebook-da bu imkanlar güclüdür, ona görə də, bazarda bu hələ uzun müddət qalacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.