Cəmiyyət

Avqustun ilk günü hava necə olacaq?

1 Avqust 2014 00:05
4 Şərh     Baxış: 3 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gün ərzində hava yağmursuz keçəcək.

Temperaturun gecə 21-25°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında
hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.