Cəmiyyət

Yasamalda qarşıdurma: kəsilən ağacların yerində bina "əkilir" - FOTO

31 İyul 2014 16:04
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda sakinlərin etirazı nəticəsində inşası dayandırılan obyektin tikintisinə yenidən start verilib

Fevralın 13-də aznews.az adıçəkilən ərazidə - Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın qarşısında inşa işlərinin aparılması üçün ərazinin hasara alındığına dair məlumat yaymışdı.

Məlumatda bildirilmişdi ki, qeyd olunan ünvanda inşa edilməsi nəzərdə tutulan tikinti prosesi zamanı qaydalar pozulub. Binanın bloku ilə inşası yeni başlayan ərazi arasında 6 metr məsafə var. Həmçinin ərazidə xeyli ağac kəsilib. Ağaclar kəsilən yerdə tikinti aparılmasına cəhd olunsa da, sakinlərin səyi nəticəsində müvafiq qurumların müdaxiləsindən sonra icazə verilməyib.

Şikayətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ərazidə yenidən ağaclar əkib.

Ramazan bayramında qeyri-iş günlərindən istifadə edən tikinti şirkəti isə yenidən sözügedən ərzidə işə başlayıb.

ETSN-nin əməkdaşlarının əkdiyi ağaclar yerindən çıxarılıb, ərazidə özül qazılır və yerə şebel daşlar tökülür.

Sakinlər deyiblər ki, etiraz etsələr də, Yasamal rayon Polis İdarəsinin əməkdaşları buna imkan verməyiblər: "Polisin müdaxiləsi nəticəsində, aksiya dağıdıldı və bir qurup sakin polisə aparıldı".

Sakinlər bildiriblər ki, tikinti şirkəti obyektin inşası üçün lazım olan sənədlərə malik deyil.

Vətəndaşlar yenidən müvafiq qurumlara şikayyət etmək qərarına gəldiklərini də söyləyiblər.

Artıq vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) ağacların kəsilməsinə yenidən başlanması ilə bağlı şikayət ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.