Cəmiyyət

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadıldı

31 İyul 2014 15:44
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmiş namizədlərə müraciət edib

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti avqustun 4-ü saat 09:00-a qədər uzadılıb.

Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, əvvəldən təyin edilən vaxta əsasən rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat 10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaqdır. Bu il rezidenturaya qəbul imtahanının nəticələrinə əsasən, 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.