Cəmiyyət

Bakının 20 Yanvar küçəsindən keçmək ürək istər - FOTO

31 İyul 2014 12:06
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəsimi rayonundakı 20 Yanvar küçəsi bombalandıqdan sonrakı şəhəri xatırladır. İyun ayının axırında burada qaz borusu çəkmək üçün uzunluğu 1000 metr olan xəndək qazıblar. Qaz infrastrukturunun yenilənməsi bir ay uzanıb, küçə hələ də bərbad vəziyyətdə qalıb.

Təmir işlərinin uzanması səbəbindən 215, 169, 119 saylı marşrut avtobusları istiqaməti dəyişməli olublar. Minik avtomobillərilə bu xəndəklərdən keçməklə sürücülər həm özlərini, həm də sərnişinlərini təhlükəyə atırlar.

Bir ay keçməsinə baxmayaraq qaz borusunun çəkilməsi çox ləng gedir. Qaz borusu "tamamlandıqdan" sonra asfalt örtüyü salınacaq. Sakinlər asfaltlama işlərinin də belə ləng gedəcəyindən narahatdırlar.

Bəs işlər nəyə görə bu qədər ləngiyir?

Milli.Az xəbər verir ki, Day.Az-ın əməkdaşı Nəsimi Rayonu Qaz İstismar İdarəsi ilə əlaqə saxlayıb. Adının Nəsimi olduğunu deyən mühəndis inandırmağa çalışıb ki, təmir işlər qrafikə uyğun həyata keçirilir.

"Qaz borusunun çəkilməsi üçün bizə bir ay vaxt veriblər. Yaxın günlərdə bu işlər başa çatacaq", - o qeyd edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.