Cəmiyyət

Masazırda ölüm dirəkləri - FOTO

31 İyul 2014 12:54
0 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu, Masazır qəsəbəsi Yeni yaşayış massıvi Sarı Aşıq küçəsinin sakinləri ölümlə üz-üzə qalıblar

Belə ki, yaşayış massivindəki işıq dirəkləri hər an yolun ortasına aşa bilər.

Bu barədə aznews.az-a məlumat verən sakinlər deyiblər ki, sözügedən məsələ ilə bağlı bütün aiadiyyatı qurumlar, o cümlədən Xırdalan İşıq İdarəsi, Abşeron İcra Hakimiyyəti, Masazır İcra Nümayəndəliyi cavab vermədiyi üçün 199 Qəza Xidməti - "Bakıelektrikşəbəkə" ASC-yə müraciət ediblər. Ancaq indiyə kimi bu dirəklərə sahib çıxan tapılmır:

"Bir neçə gün də keçsə, burada faciə yaşanacaq. Bu işıq dirəyinə kimsə sahib çıxmır. Bu dirək bir ildir qəzalı vəziyyətdədir, amma son 20 gündə tam təhlükəli vəziyyətə düşüb".

Məsələni diqqətdə saxlayacağıq.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.