Cəmiyyət

Düzgün ünsiyyət uğurun açarıdır

30 İyul 2014 17:56
0 Şərh     Baxış: 9 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlar arasındakı ən uzaq məsafə, o insanlar arasındakı ünsiyyət çatışmazlığından irəli gəlir

Ünsiyyətdə olan anlaşmazlıqlar nəticəsində çox zaman mübahisələr qaçılmaz olur. Qarşıdakının fikrini səhv başa düşmək, böyük mübahisələr, hətta şiddət istifadə olunan davalara qədər bir çox problemlərin kökündə yatan ən boyük amil ünsiyyət çatışmazlığıdır. Bəs ünsiyyətin yüksək səviyyədə olması üçün nələr etməliyik?

Milli.Az xəbər verir ki, bunun üçün dushunce.az Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu Ceyran Həsənlinin fikirlərini öyrənib.

- Qarşınızdakı insanla empati qurun. Bu, normal ünsiyyətdə istifadə olunan ən vacib texnikalardan biridir. Qarşınızdakının yerində siz olsaydınız, görəsən, nə edərdiniz? Bu cür düşünərək onu anlaya bilərsiniz. Ona qarşı olan münasibəti tamamilə sizə göstərsəydilər, özünüzü necə hiss edərdiniz?

- Səhv başa düşülə bilən sözləri istifadə etməkdən qaçın. Söylədiyiniz hər bir sözün yayından çıxan bir ox olduğunu unutmayın. Yayını tərk edən ox geri qayıda bilməyəcəyi kimi ağızdan çıxan sözü də geri götürmək çox çətindir. Danışan zaman 2 dəfə düşünüb bir dəfə danışmaq lazımdır.

- Jest və mimikalardan istifadə etməyi unutmayın. Yerində və düzgün zamanda istifadə olunan bədən dili, qarşı tərəfə sözlərinizdən daha çox təsir göstərə bilər. Ümumiyyətlə, bədən dilinin danışıqlara 55% təsir göstərdiyi hesab olunur.

- Diqqətlə dinlədiyinizi duruşunuzla və duyğularınızla bəlli edin. Qarşılıqlı münasibətlərdə yol verilən ən böyük səhvlərdən biri özünü dinləyirmiş kimi göstərməkdir. Bu yanlışa görə insanlar arasındakı ünsiyyət  möhkəm zərər görür. Çünki qarşı tərəfin sizə olan güvəni azalır, bu isə heç də yaxşı bir hal hesab olunmur. Dinləyən zaman müsahibinizin gözlərinə baxın və onu dinlədiyinizi hərəkətlərinizlə hiss etdirin.

- Gözəl ünsiyyət üçün əsas məqamları bu şəkildə ümumiləşdirə bilərik. Təbii ki, ünsiyyətdəki keyfiyyət yalnız bu dörd nöqtədən ibarət deyil. Amma bu da unudulmamalıdır ki, əgər bu dörd nöqtəyə diqqət etsəniz ünsiyyətdə olduğunuz insanlarla münasibətlərinizin daha da yaxşılaşdığını hiss edəcəksiniz. Ona görə də ən azından bu dörd nöqtə ilə başlaya bilərsiniz. Hər kəsə keyfiyyətli ünsiyyət dolu gözəl günlər arzu edirəm.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.