Cəmiyyət

Necə edək ki, şadlıq evlərində aldanmayaq? - MÜZAKİRƏ

30 İyul 2014 17:04
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs ramazan ayı başa çatdı. Paytaxtın şadlıq evlərində toylar bir-birini əvəz edəcək

Toy hər bir azərbaycanlının həyatında mühüm hadisədir. Şəhərdə şadlıq evinin sayı nə qədər çox olsa da, həyatın ən mühüm handisəsini qeyd etmək üçün yer seçmək elə də asan deyil. Özünü müsbət tərəfdən tanıdan restoranlar var. Ancaq bu restoranların çoxu ya çox bahadır, ya yeri yaxşı deyil, ya da ki, dəbdə deyil.

Danılmaz reallıqdır ki, restoranların çoxu isə müştərini məyus edir. Narazılıqların çoxu isə təklif olunun yeməklərlə bağlıdır. Bəzən bir deyil, bir neçə toyu görmüş yeməkləri yenidən masaya düzürlər. Rəngi solmuş salatlar, meyvələr, kolbasa, kartona bənzəyən pendir, yenidən isidilən zaman yanmış kabab və s. müasir şadlıq evlərinin adət olunmuş mənzərəsidir. Bəzən günah toy edənin özündə olur. Çünki diqqətlə izləmirlər prosesi. Axı pul ödədikləri restoranda xidmət səviyyəsini də izləməlidirlər. Elə deyil?

Milli.Az-ın məlumatına görə, Day.Az saytına məktub göndərən oxuculardan biri qeyd edib ki, bu yaxınlardan getdiyi toyda masanın üzərində köhnə yeməklər olub. Bəy-gəlinlə foto çəkdirmək üçün gedəndə görüb ki, onların masasında tamamilə təzə yeməklərdir. Təmbəllik eləmədən zalı gəzib. Görüb ki, Bəyin yaxın qohumlarının masalarına normal yemək qoyublar. Digər qonaqların isə yeməkləri köhnə olub. Aydın görünürdü ki, bu üsulla restoran rəhbərliyi toy yiyəsini aldadır.

Aydın məsələdir ki, bir az uzaq olan qohumlar yeməyə görə toyda qanqaraçılıq yaratmazlar. Hər kəs sakit oturacaq və toyun sonunu gözləyəcək. Restoran administrasiyası isə bu incə məqamdan öz faydası üçün istifadə etməyi bacarır.

Bir sözlə, toy təşkil eləmək elə də asan məsələ deyil. Çox vaxt yalanın qurbanı da ola bilirik.

Bəs necə etmək olar ki, şadlıq evlərinin administrasiyaları bizi aldatmasın?

Şərhlərinizi gözləyirik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.