Milli.Az Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovun publika.az-a müsahibəsini təqdim edir.
- Son günlər bahalı villa almağınızla bağlı məlumatlar yazılır. Deyəsən, bu barədə verdiyiniz kobud cavablarla jurnalistlərin yenə də xətrinə dəymisiniz?
- Axı mən nə edim? Mən jurnalistlərə qarşı hər zaman səmimi olmuşam. Ancaq bəzi jurnalistlər mənimlə səmimi olmur. İndi mən nə edim ki, nə danışıramsa, hamısını da yazırlar. İnsan gərək başqasının şəxsi həyatına, şəxsi işinə qarışmasın. O, mənim şəxsi işimdir. Mənim şəxsi işimə qarışmağa heç kimin səlahiyyəti yoxdur. Hər kəs gedib öz işi ilə məşğul olsa, daha yaxşı olar.
Görün heç erməni jurnalisti öz icma rəhbəri barədə yazar ki, filankəs özünə villa alıb və sairə? Məgər villa almaq qəbahətdir? Hər kəsin özü şəxsi işi var. Bu isə mənim şəxsi işimdir. Nə alaram, nə sataram, özüm bilərəm.
"Küçədə yaşamamışam, evim və bağım olub"
- Şəxsi həyatınıza qarışmaq kimi olmasın, vaxtilə Şuşada villanız olub?
- Qardaş, hamının evi-eşiyi olub. Mən də küçədə yaşamamışam, evim və bağım olub. Hər zaman zəhmətlə yaşamışam. Məni tanıyan adamlar da bunu yaxşı bilir ki, Bayram Səfərov hər zaman zəhmət çəkərək yaşayıb. Mən 1968-ci ildə rəsmi əmək fəaliyyətinə başlamışam. Mən 46 il ayrı-ayrı işlərdə çalışmışam və bu gün də bunu davam etdirirəm. Ömrümün sonuna qədər də xalqım, Vətənim və övladlarım üçün çalışacam.
Bu il icmaların növbəti görüşü keçirilə bilər
- Yaxın vaxtlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüşün keçirilməsi gözlənilir?
- Hazırda çalışırıq ki, icmaların görüşü olsun. Biz belə bir görüşün reallaşmasını istəyirik. Ancaq bu məsələ təkcə bizdən asılı deyil. Bizdən olsa, günü bu gün ermənilərlə görüşüb onlara hər şeyi başa salardıq.
"İcmaların görüşünə Ermənistan hakimiyyəti çox ciddi əngəllər törədir"
- Görüşün yeri bəllidir?
- Hələlik biz görüşün yeri barədə heç nə bilmirik. Ancaq ATƏT-in sədrinə müraciət etmişik ki, bizə kömək etsinlər.
Ancaq çox təəssüf ki, icmaların görüşünə Ermənistan hakimiyyəti çox ciddi əngəllər törədir. İstəmir ki, azərbaycanlı və erməni icmaları bir araya gəlib hər hansı razılığa nail olsun. Bu gün Ermənistanda mövcud olan hakimiyyət əli azərbaycanlı qanına bulaşmış hakimiyyətdir. Təbii ki, bu hakimiyyət sülhün əldə olunmasını istəməz. Çünki sülh olarsa, o zaman Ermənistanın bu hakimiyyətinin də sonu olacaq. Ermənistanda sıravi əhali də bu hakimiyyətdən narazıdır.
"Girovların tezliklə geri qaytarılmasında əlimizdən gələn dəstəyi verməyə hazırıq"
- Kəlbəcərdə erməni hərbi birləşmələri tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının qaytarılması ilə bağlı icma hansı işlər görür?
- Bilirsiniz ki, girovlarla bağlı Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının nümayəndələri Ermənistan tərəfi ilə danışıqlar aparır. Bu məsələ icma səviyyəsində həll olunası məsələ olmasa da, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu məsələdən narahlıq keçirir. İcma olaraq biz azərbaycanlı girovların tezliklə Azərbaycana qaytarılmasında əlimizdən gələn dəstəyi verməyə hazırıq.
Bundan əlavə, girovlarımızla bağlı məsələ ölkə rəhbərliyinin də nəzarətindədir.
Milli.Az
Cəmiyyət
Bayram Səfərov: "Nə alaram, nə sataram, özüm bilərəm"
30 İyul 2014 15:56
0 Şərh
Baxış: 1 450
DİGƏR XƏBƏRLƏR
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
- Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
XƏBƏR LENTİ
- Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?
- 17 yaşlı gimnast meningitdən vəfat etdi
- “Quduzluğa qarşı dərman tərkibli aldadıcı yemlər qoyulur”
- Respublika Pediatriya Mərkəzi yaradıldı - FOTO
- UEFA-dan “Barselona”ya cəza
- ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırdı
- Məşhur aktrisa ikinci dəfə ana oldu - FOTO
- ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişləndirdi
- İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOsunu paylaşdı
- Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar
- "Üzümdə əməliyyat etdirməmişəm"
- Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılacaq
- Aynur Dadaşova 35 il sonra bunu etdi - "Artıq tək olmaq istəmirəm" - VİDEO
- Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan fakt - VİDEO
- Rəqsanənin əmlaklarına həbs qoyulub? - YENİLƏNİB
- Miri Yusif xanımının FOTOsunu paylaşdı
- Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 mln. avro nəyə sərf olunacaq?
- Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Neftçi”dən sıçrayış
- Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi
- Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
- Bakıda küçədə çılpaq gəzən şəxslə bağlı DİN-dən açıqlama
- Hakimi təhqir edən menecerə AĞIR CƏZA
- "Könül Kərimova məndən 10 min manat borc alıb"
- Məhkəmə sabiq erməni nazir ilə bağlı qərar verdi