Cəmiyyət

Baş Prokurorluq Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır

30 İyul 2014 13:26
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus saxlanılıb.
Trend-in məlumatına görə, Respublika Baş Prokurorluğundan L.Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Prokurorluqdan onlarda bu barədə dəqiq məlumatın olmadığı bildirilib. Qeyd edilib ki, məsələ araşdırılır, yayılan məlumat təsdiqini tapsa, ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, L.Yunus və həyat yoldaşı Arif Yunusov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Baş Prokurorluq bəyan etmişdi ki, L.Yunus və əri A.Yunusov istintaqa gəlməyəcəkləri tədqirdə, barələrində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.