Cəmiyyət

Azərbaycana güclü istilər qayıdır

30 İyul 2014 13:01
5 Şərh     Baxış: 5 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı və qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəsək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.