Cəmiyyət

Bizi necə həkimlər sağaldacaqlar?

30 İyul 2014 12:49
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanının nəticələri ilə əlaqədar statistik məlumat açıqlayıb

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidentura səviyyəsinə qəbul imtahanı 4 istiqamət üzrə aparılıb. I istiqamət - Müalicə işi, Pediatriya ixtisası üzrə qəbul imtahanında 693 namizəd iştirak edib. İmtahanda bu ixtisas üzrə minimal bal 90, maksimal bal isə 180 olub.

II istiqamət - Stomatologiya ixtisası üzrə 65 namizədin qatıldığı qəbul imtahanında minimal bal 93, maksimal bal 166 müəyyənləşib.

Tibbi biologiya ixtisası üzrə III istiqamətdə 12 namizəd imtahanda iştirak edib. Bu ixtisas üzrə 95 bal minimal, 162 bal maksimal bal olaraq müəyyənləşib.

IV istiqamət olan Tibbi profilaktika ixtisası üzrə 48 abituriyentin iştirak etdiyi qəbul imtahanında minimal bal 97, maksimal bal 166 olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.