Cəmiyyət

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi nə vaxt aparılacaq?

30 İyul 2014 11:42
6 Şərh     Baxış: 8 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TQDK 11 illik bazadan texnikumlara qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə qeyd olunur ki, avqustun 8-dən 13-dək tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi həyata keçiriləcək. İxtisas seçimində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub. TQDK ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədi ilə "Abituriyent" jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edərək onların istifadəsinə verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.