Cəmiyyət

Düşmənlə sərhəd kənddən reportaj: "Erməni gülləsi düz çarpayıma girdi"

28 İyul 2014 18:13
1 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Tovuzun Koxanəbi kəndində atışma səngimək bilmir. Hər gün axşam saatlarında başlayan atışma aramsız olaraq bir neçə saat davam edir.
 

Sakin Etibar Məmmədov: "Son bir həftə ərzində daha da fəallaşıblar. Əvvələr gün ərzində atırdılar, yarım saat, indi günün 24 saatının 14-15 saatını erməni ən qorxulu silahlardan fasilələrlə kəndi atəşə tuturlar. Atdıqları güllələrin çoxu yanan güllələrdir. Yəni bralbonik güllələrdir. Hal-hazırda bayaq da eşitdiniz "qrantamlyot" da atdılar kəndə".
 

Atışmadan, əsasən, evlərin dam örtüklərinə ziyan dəysə də, təsərrüfatla da məşğul olmaq mümkünsüz vəziyyətdədir.
 

Sakin Elşən Məmmədov: "Axşam saat hardasa 10-11 radələrində evdə oturmuşduq. Kənd sakinlərindən bir neçəsi də orda idi. Bir dənə güllə "krişa"dan keçdi, düz yatdığımız çarpayının üzərinə. Bax həmin güllə əlimdədir bu saat. Gəldi çarpayıya girdi. Yaxşı ki, uşaqları çıxarmışdıq evdən".

Davamlı olaraq atəşə məruz qalan kənd sakinləri hərbçilərimizə arxalanaraq gündəlik həyatlarını yaşayırlar. Kəndi heç vaxt tərk etməyəcəklərini deyən sakinlər lazım gələrsə, özləri də hər an döyüşə hazır olduqlarını deyirlər.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.