Cəmiyyət

Kəlbəcərdə girov götürülən azərbaycanlının qohumlarından BQXK-yə ittiham

28 İyul 2014 16:29
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həsən Həsənovun dəfni barədə ifadələr Şahbaz Quliyevin yaxınlarını qəzəbləndirib

Artıq 10 gündən çoxdur ki, ermənilərin girov götürdüyü Şahbaz Quliyevin yaxınları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətindən narazılıq edirlər. Onlar girovlarla bağlı ailəyə ətraflı məlumat verilmədiyni deyirlər.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə əsir götürdüyü Şahbaz Quliyevin qohumları BQXK-nin əsirlərlə bağlı açıqlamalarda ikili standartlara yol verdiyi qənaətindədirlər. Girovun əmisi oğlu Natiq Quliyevin sözlərinə görə, dəfərlələ BQXK-nin Bərdə ofisində olsalar da, Şahbazın səhhəti haqqında ətraflı məlumat ala bilməyiblər.
İndiyə qədər əsir Şahbaz Quliyev barədə ailəyə komitədən verilən məlumat bir cümləlik məktubdan ibarətdir.

Milli.AZ ANS TV-yə istinadən xəbər verir ki, Kəlbəcərdə qətlə yetirilən Həsən Həsənovun dəfni barədə komitənin bəyanatında işlədilən ifadələr isə Şahbaz Quliyevin yaxınlarının qəzəbinə səbəb olub.

Şahbazın qohumu Natiq Quliyev bəyanatdakı ifadələri erməni vəhşiliyini pərdələmək üçün atılan addım kimi qiymətləndirir: "Bizim orada olan meyitimizin onlar tez necə dəfn ediblər? Hörmətlə yanaşıdığını deyirlər, amma Şahbaz, Dilqəm barədə heç bir açıqlama vermirlər. Nə vaxtdan görünüb erməni bizim əsir düşmüşlərimizə hörmətlə yanaşa? Xocalıda, Kəlbəcərdə hörmətlə yanaşıblar ki, bunlara da hörmətlə yanaşalar?"

BQXK Şahbaz Quliyevdən gələn məktubu ailəsinə iyul ayının 26 da təqdim edib. Şahbaz məktubunda vəziyyətinin yaxşı olduğunu, doğmaları üçün darıxdığını yazıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.