Cəmiyyət

Bakıda qrilin içindən çıxan hər kəsi iyrəndirdi

28 İyul 2014 11:07
3 Şərh     Baxış: 4 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"5 manatımı geri qaytardılar. Sadəcə istədim ki, insanlara, onları dolandıran muştərilərə hörmət etsinlər"
Bakı sakininin aldığı qrildən dırnaq çıxıb.

Bakı sakini Asim Hacıyevin anspress-ə verdiyi məlumata görə, dünən Neapol dairəsində yerləşən "Dadlı Qril" yazılan dükandan aldığı qrili yemək istəyən zaman içində dırnaq tapıb:

"Dərhal qrili aldığım yerə getdim. Verdiyim 5 manatı geri qaytardılar. Satıcı mənə dedi ki, bu toyuğu təmizləyən qadının dırnağıdır. Həmin qadını mənə göstərmədilər".

Paytaxt sakininin sözlərinə görə, məsələ verdiyi 5 manatda deyildi: "Sadəcə istədim ki, insanlara, onları dolandıran muştərilərə hörmət etsinlər. Bir də belə şeyləri təkrar etməsinlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.