Cəmiyyət

Bakı avtobusunda biabırçılıq: "Az, sənin kaftar ərinə qalmışam?!" - VİDEO

27 İyul 2014 17:12
12 Şərh     Baxış: 10 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə ictimai nəqliyyatda daha bir sərnişin tərbiyəsizliyini əks etdirən videogörüntülər yayılıb.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, daha bir qadın sərnişin avtobusunda qeyri-etik davranışı ilə ətrafdakıların diqqətini cəlb edib. Pəri adlı qadın digər sərnişinlərə məhəl qoymadan cib telefonu ilə danışarkən söyüşlər söyüb.

Videoda qadının özü görülməsə də, səsi aydın olaraq eşidilir. Onun sərt reaksiyası və danışığından anlaşıldığına görə, telefonun digər tərəfində dayanan Maya adlı şəxs onu ərinin məşuqəsi olduğunda günahlandırır. Elə bundan sonra da qadının ağzından çıxan söyüşlərin ardı kəsilmir.

"Mən Pəriyəm, sənin kaftar ərinə qalmamışam. Yeri gələndə mənim ərimin 25 yaşı var. Adıma söz çıxarma. İndi sənin yanına polislə gələcəm", - deyə qışqıran Pəri söhbətinin sonunda avtobusdakılara qonçusu ilə danışdığını söyləyib.
 

Milli.Az



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.