Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcəkdir.
Anspress-in komissiyadan aldığı məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib.
İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan verəcək.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- "İmtahana buraxılış vərəqəsi"ni.
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- 42 yaşlı prokuror qəfil vəfat etdi - FOTO
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
XƏBƏR LENTİ
- İstanbulda torpaq sürüşməsi: 100-ə yaxın şəxs təxliyə edildi
- Azərbaycanın Əməkdar artisti dünyasını dəyişdi - FOTO
- Sabunla yuyunmanın təhlükəsini AÇIQLANDI
- İki maşın toqquşdu - Biri yandı
- Aysun övladının cinsiyyətini açıqladı - VİDEO
- 93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi - FOTO
- “Qəbələ” çempiona qarşı, Zirədə avrokubok “döyüşü”
- Bakıda 22 yaşlı qız buna görə öldürülüb - YENİLƏNİB
- Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını AÇIQLADI
- 42 yaşlı prokuror qəfil vəfat etdi - FOTO
- Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
- Rusiya əhalisi azalır
- 3 milyon manatdan çox fırıldaqçılıqda şübhəli bilinənlər tutuldu
- Energetika naziri Denis Frensis ilə görüşdü - FOTO
- “Beşiktaş”ın qələbə həsrəti bitdi
- 15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat - FOTO
- İbrahim Tatlısəsin oğlundan atası ilə bağlı müəmmalı açıqlama
- Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin
- “Barselona”dan “Bavariya”ya
- "Zaur, sənin üzünə vurulandan edirəm" - VİDEO
- İsrail Bağdadı vurdu - VİDEO
- Bakıda çörək zavodunda DƏHŞƏT: İş yoldaşını qətlə yetirdi
- Dünyanın ən təmizkar ölkələri məlum OLDU
- Ekvadorda fövqəladə vəziyyət elan edildi