"Mətbuat Şurası abituriyentlərin jurnalistika üzrə qabiliyyət testində iştirakını stimullaşdırmaq üçün Ali Təhsil Təqaüdü təsis edib. Təqaüd 500 bal həddini keçərək qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə veriləcək".
Şuradan Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Mətbuat Şurasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində yaradılmış Qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, jurnalistika ixtisasına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən 441 abituriyent var. Onlar 200 bal həddini aşıblar. Abituriyertlərdən 247-i imtahanı paytaxtda, digərləri isə bölgələrdə verəcək. 441 nəfərin 10 faizinin topladığı bal 500-dən yuxarıdır. Təhsil təqaüdü məhz onların sırasından fərqlənənlərə veriləcək.
Şura sədri onu da bildirib ki, jurnalistika ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa - esse yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və rus dillərində yerinə yetirilməlidir. "Abituriyentlərin ictimai-siyasi, iqtisadi, mədəni həyata, həmçinin görkəmli şəxsiyyətlərin ömür yoluna, bəşəriyyəti narahat edən problemlərə dair məsələlər ətrafında müstəqil mühakimə yürütmək qabiliyyəti, əsaslandırmaq bacarığı yoxlanılacaq. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə alınaraq veriləcək. Abituriyentlər inşa üçün müvafiq tələblərlə də tanış olacaqlar", - deyən Şura sədri ilk dəfə keçiriləcək qabiliyyət imtahanı üçün hazırlıq işlərinin başa çatdığını da bildirib.
Ali Təhsil Təqaüdünün məbləğinə gəlincə, Ə.Amaşov bunun ilk mərhələdə 60 manat olacağını və müvafiq təhsil şərtlərini ödəyən tələbələrə hər ay ödəniləcəyini diqqətə çatdırıb.
Milli.Az
Cəmiyyət
Mətbuat Şurası abituriyentlər üçün Ali Təhsil Təqaüdü təsis etdi
25 İyul 2014 17:49
0 Şərh
Baxış: 705
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
- "Tarqovu"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
- Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA
- "Qədr gecəsi peyğəmbərin dövründə bitdi"
- Bakıda mənzildən meyit tapıldı
XƏBƏR LENTİ
- Gündə 50 qram halva yeməyin faydaları
- Lalə Məmmədovanın qızı ilə şəhər gəzintisi - VİDEO
- “Paşa könlüm istəyəndə...”
- Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Somalidə güclü partlayış baş verdi: Ölənlər var
- Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
- Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
- Bu, Kremlin mənasız təbliğatıdır - ABŞ
- “Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
- Bu ölkədə müharibə: 6 milyon insan evlərini tərk etdi
- Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
- Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş
- Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
- Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
- Ukraynada hərbidən yayınanların sayı 1 milyona çatır
- Azərbaycanlı modelin anasının yaşadığı antisanitar evin görüntüləri - VİDEO
- AVRO-2024-də yığmalar heyətə 26 futbolçu daxil edə bilər
- Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ
- “Sonradan soyunanda göz öyrəşmir” - FOTOlar
- DİN-dən müraciət: Bu məlumatları paylaşmayın!
- Elzanın qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
- Onunla sevgili olduğunu etiraf etdi
- Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır