Cəmiyyət

TQDK qabiliyyət imtahanına start verir

25 İyul 2014 17:24
0 Şərh     Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
TQDK iyulun 31-də Jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədən də 18 nəfərin iştirak edəcəyi imtahanda təqdim olunan mövzu əsasında abituriyentlər esse yazacaqlar. Bu zaman hansı şərtlərə əməl olunmalıdır?

Qabiliyyət imtahanında aprelin 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və 3-cü ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.

Sərxan Ağayev
, TQDK- nın Gəncə Regional Bölməsinin məsləhətçisi: "Qabiliyyət imtahanında abituriyentlər müvafiq mövzular üzrə esse yazacaqlar. İnşanın həcmi 2-4 səhifə minimum 400 söz olmalıdır. Mövzunu əhatə etməyən və 2 səhifədən az yazılar qeyri-məqbul hesab olunacaq. Jurnalistika ixtisasına buraxılmayacaqlar".

Esseni yazarkən abituriyent mövzunu əhatə etməli, yazının tərkib hissələri arasında məntiqi rabitə yaratmalı, ictimai siyasi mövzulara yaxşı bələd olduğunu göstərməlidir. Həmçinin abituriyentlər yazılarında ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya və durğu işarələrinin işlənmə qaydalarına riayət etməlidir. Essedə müvafiq sitat, iqtibas, nümunə və faktlardan istifadə arzuolunandır. Yazı işi qiymətləndirilərkən bu meyarlar əsas götürüləcək: Verilən mövzunun qiymətləndirilməsi, abituriyentin mövzuya orijinal yanaşması, çıxarılan nəticənin məntiqli olması, dilin savadlılıq səviyyəsi, obrazlılığı və səlisliyi. Yazı işində abituriyentin özü haqqında hər hansı məlumat verməsi və ya hansısa işarə vurması qadağandır. Belə hala yol verən abituriyentlərin yazıları "0" balla qiymətləndiriləcək. Qeyri-məqbul qiymət sadalananlara riayət etməyən, eyni zamanda yazısında 6 və daha çox dil və nitq səhvi olan abituriyentlərə veriləcək.

Qeyd edək ki, respublika üzrə jurnalistika ixtisası üçün qabiliyyət imtahanında iştirak edəcək 441 nəfərin 18-i Gəncədəndir. İmtahan şəhərin 22 saylı tam orta məktəbində keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.