Cəmiyyət

Cəbhə kəndlərində məktəb tikilir - VİDEO

25 İyul 2014 15:32
0 Şərh     Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Tikilən məktəb binaları yaxın günlərdə hazır olacaq

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, burada düşmənlə sərhəd təxminən 250-300 metrdir. Düşmənin gözü önündə olmasına baxmayaraq 2013-cü ildən start götürən tikinti işləri uğurla həyata keçirilməkdədir. Yeni məktəblər Qazax rayonunun Balacəfərli, Məzəm və Quşçu Ayrım sərhəd kəndlərini əhatə edir. Balacəfərli kəndində 80 nəfər şagird yerlik ibtidai məktəbin tikintisi də artıq sona çatıb. Həyətyanı sahəsində asfaltlama işləri görülür.
 

Baş mühəndis Rasim Hüseynov: "Demək olar ki, abadlıq işlərinin görülməsi üçün texnikalar işləyir və torpağın bərkidilməsi işləri görülür. İşçilər, ustalar binanın ətrafında bardur daşların düzəlməsinə hazırlıq işləri görür".
 

Müasir standartlara tam cavab verən məktəb 4 sinif otağı, müəllimlər və direktor otağı, texniki otaqlar və idman zalından ibarətdir. Binanın daxilində işlər artıq başa çatıb.

Baş mühəndis Rasim Hüseynov: "İndi avadanlıqların quraşdırılması işləri görülür. Deməli, partadı, mebel dəstləridi, yazı lövhələridi və gimnastika zalı üçün idman avadanlıqlarının quraşdırılması işləri görüləcək".
 

Regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərcivəsində tikilən məktəb binaları yaxın günlərdə istifadəyə hazır olacaq. Yeni dərs ilindən isə qapılarını şagirdlərin üzünə açacaq.


Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.