Cəmiyyət

Bakıda milyonlarla manatlıq gizli "London əməliyyatı" - TƏFƏRRÜATLAR

25 İyul 2014 15:05
0 Şərh     Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "London-Taxi"ləri ilə bağlı Milli.Az-a maraqlı məlumat daxil olub. Həmin taksilərin gömrük əməkdaşları tərəfindən müsadirə olunması barədə məlumat əldə etmişik.

Məlumatda deyilir ki, Gömrük Komitəsinin dayanacağına artıq 120 taksi aparılıb. Taksilərin əksəriyyəti elə yoldan birbaşa dayanacağa gətirilib. Səbəb isə həmin taksilərdən 520 ədədinin "rastamojka" olunmamasıdır.

Məlumatın dəqiqləşdirilməsi üçün şəhərdə 10-dan artıq "London-Taxi" sürücüsü ilə söhbətləşdik. Onların da söylədiklərindən məlum oldu ki, həmin maşınların gömrük rüsumu ödənilməyib. Taksi sürücüləri bildirdilər ki, Bakıda olan maşınların dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə "rastamojka"dan keçməyib. Gömrük rüsumu üçün "Bakı Taxi" MMC 6 milyondan artıq pul ödəməlidir. Sürücülər dedilər ki, maşınlara gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Qaraj maşını olduğundan belə bir güzəşt edilmişdi, lakin sonradan bu rüsum ödənilmədiyindən belə hal baş verib.

"Baku Taxi" MMC-nin nümayəndəsi Məcnun Səfərov isə Milli.Az-ın sualına cavab verməkdən özünü belə yayındırdı: "Məzuniyyətdəyəm, məlumatım yoxdur. 1000 ədəd taksimiz var. Belə bir şey ola bilməz. Məndə belə məlumat yoxdur".

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da telefon zənglərinə cavab vermədi.
Dövlət Gömrük Komitəsi ilə də əlaqə saxlamaq mümkün olmadı.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.