Cəmiyyət

Obyektlərin söküntüsü: sıra çatdı "20 Yanvar"a

25 İyul 2014 11:57
1 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropolitetinin "20 Yanvar" stansiyasının keçidindəki ticarət obyektləri yığışdırılacaq

Aznews.az-ın məlumatına görə, obyektlərin sökülməsi prosesinə avqustun 1-dən start veriləcək. Hələlik orada çalışanların aqibətinin necə olacağı məlum deyil.

Qeyd edək ki, Zaur Hüseynovun Bakı Metropoliteninə rəis təyin olunmasından sonra "20 Yanvar"dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Həmin obyektlərdə çalışanların keçirdiyi etiraz aksiyalarından sonra onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olunmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.