Cəmiyyət

Şəkidə ot tayasından yıxılaraq ağır xəsarət alan qocanın faciəvi sonu

25 İyul 2014 11:15
0 Şərh     Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, rayonun Bideys kənd sakini, 1941-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu İsgəndərov iyulun 20-də evinin həyətyanı sahəsində yığılmış ot tayasına nərdivanla çıxarkən ehtiyatsızlıqdan yıxılıb.

Qapalı kəllə-beyin travması alan H. İsgəndərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. H. İsgəndərov iyulun 24-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.