Cəmiyyət

ATV-nin efirində "zəlzələ" səhvi

24 İyul 2014 22:58
4 Şərh     Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Azad Azərbaycan" Televiziyasının (ATV) 20.30-da yayımlanan "ATV Xəbər" informasiya buraxılışında maraqlı hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, xanım aparıcı xəbərlər proqramı başlayan kimi Zaqatala rayonunda 6 bal gücündə zəlzələ olması barədə xəbər verib. O deyib ki, Zaqatalada hər hansı dağıntı baş verməsə də, əhali arasında təşviş yaşanıb. Aparıcı "ötən zəlzələdən qalan çatların genişləndiyini" də əlavə edib.

Lakin 1,5 dəqiqə sonra xanım aparıcı Zaqatala rayonunda zəlzələ olması barədə verdiyi xəbəri təkzib edib və tamaşaçılardan üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.