Cəmiyyət

Bakıda Toyota çuxura düşdü - FOTO

24 İyul 2014 19:00
2 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda "Toyota Land Cruiser" markalı avtomobil çuxura düşüb. Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, hadisə "Şamaxinka" adlanan ərazidə baş verib. Avtomobil "Qızıl tac" şadlıq sarayından üzü "Şamaxinka" ərazisinə doğru hərəkət edərkən "Azeryolservis ASC"nin yolun təmiri ilə əlaqədar qazdığı çuxura düşüb.

Bir neçə saat sonra ətrafdakı sakinlərin köməyi ilə avtomobil çuxurdan çıxardılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda avtomobilin yol təmiri üçün qazılmış çuxura düşməsi xəbərinə münasibət bildirib. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev lent.az-a bildirib ki, məlumatda yanlışlıqlara yol verilib: "Birincisi həmin küçənin adı 20 Yanvar küçəsidir. İkincisi kommunikasiya xətlərinin köçürülməsi ilə birbaşa həmin xətləri istismar edən qurumlar məşğul olur. Üçüncüsü isə həmin yolu "Azəryolservis" təmir etmir".

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 20 Yanvar küçəsinin təmiri ilə Bakı şəhər İcra Hakimiyyəti məşğul olur.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.