Cəmiyyət

Səhiyyə nazirliyi Bakıda özəl klinikaları yoxlayacaq

24 İyul 2014 18:27
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi Bakıda özəl klinikanın bağlanması məsələsinə rəsmi münasibət bildirib

Səhiyyə Nazirliyi Bakıda özəl klinika olan "Lanset" cərrahlıq klinikasının bağlanması məsələsinə rəsmi münasibət bildirib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, özəl klinikanın lisenziyası bitdiyi üçün onun fəaliyyəti dayandırılıb.

A.Qədirli qeyd edib ki, klinikanın fəaliyyətini davam etdirməsi üçün yenidən Səhiyyə Nazirliyinə müraciət edilib və hazırda sənədləşmə gedir: "Təkrar lisenziya almaq üçün müəyyən prossedurlar həyata keçirilməlidir. Bu müddətdə klinikaya baxış keçiriləcək, məsələyə müvafiq komissiyada baxılacaq. Bu proseslər təxminən 2 həftəyə qədər davam edir. Klinikanın fəaliyyətində hansısa qüsurlar olarsa, lisenziyanın verilməsi uzana bilər. Çünki onlara qüsurların aradan qaldırılması üçün əlavə vaxt verilir. Qüsurların aradan qaldırılması artıq klinikadan asılıdır. Həmin qüsurlar 1 ilə də, 2 günə də götürə bilər. Klinikanın bu vaxta kimi olan fəaliyyətindən asılı olaraq yenidən lisenziyanın verilməsi məsələsinə baxılandan sonra müvafiq qərar veriləcək".
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.