Cəmiyyət

Bakıda sakin utanır, yol çəkənlə dağıdan yox: "Narahat etməzdik, amma məcburuq"

25 İyul 2014 01:30
4 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının yol çəkilişlərində məsuliyyətsizlik, qeyri-peşəkarlıq barədə ötən gün yazmışdıq. Yol xətləyən şəxslərin, sadəcə, görüntü xatirinə apardığı işi tam çılpaqlığı ilə göstərmişdik. Bu dəfə Milli.Az-a təxminən eyni məzmunda, daha doğrusu növbəti yol məsuliyyətsizliyi barədə şikayət daxil olub.

Şikayət məktubuna oxucu "əslində, sizi narahat etməzdik, amma məcburuq" kəlməsi ilə başlayıb:

"Şikayətimiz biz piyadalar üçün onsuz da, keçilməz olan yollar üzərində keyfiyyətsiz, "odnorazovıy" formada çəkilən zolaqlar (zebralar) barəsindədir. Yəqin ki, bu sahə ilə məşğul olan qurum, təşkilat, şöbə var. Nə vaxta kimi belə olacaq bu? Onsuz da, belə yollara "zebra"ların çəkilməsi məcburiyyət qarşısında uzun-uzadı məktublarımız nəticəsində alınıb. Zəhmət çəkib məktublar yazırıq, zəhmət çəkib müəyyən vaxtdan sonra gəlib xətləri çəkirlər, amma həmin rənglərin yol üzərində qalması bir neçə günlük olur. Sevincimiz xətlərin çəkilməsi ilə başlayır və silinib yox olması ilə bitir. Xahiş edirik, bu barədə saytınızda işıqlandırın ki, aidiyyəti qurumlar "odnorazovıy" boyalardan əl çəksin".

Oxucu çətin və keçilməz hissələrdə çəkdirdikləri və "zebra"ların rəngi bir neçə günə yoxa çıxan yolların bəzilərinin ünvanını qeyd edib:

1. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi "Şamlıq" adlanan ərazi,

2. Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 (Respublika Neyrocərrahiyə Xəstəxanasının qarşısının hər iki tərəfi),

3. Xətai rayonu, Rahib Məmmədov küçəsi. "Şəhidlər" abidəsinin qarşısı.

Bakı Siqnal İdarəsindən Milli.Az-a bildirildi ki, xətləmə işlərini Nəqliyyat Naziriliyi də aparır. Siqnal idarəsinin istifadə etdiyi rənglər standarta uyğundur. Rənglərin tez getməsi müxtəlif səbəbdən ola bilər. Həmin yoldakı rəng asfaltdan hava şəraiti ilə bağlı silinə bilər.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.