Cəmiyyət

Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir

24 İyul 2014 16:40
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində Respublikada ən böyük ticarət mərkəzlərdən biri olacaq "Gəncə ticarət mərkəzi" tikilir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ticarət mərkəzi əvvəllər "Dinamo" İdman Cəmiyyətinin yerləşdiyi yerdə, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa edilir.

Bina 7500 kvadratmetr ərazidə tikilir. Altı mərtəbədən ibarət olacaq tikilinin iki mərtəbəsi yerin altında olacaq ki, bura da avtomobillərin dayanacağı kimi istifadə ediləcək. Əsas məqsəd isə gələcəkdə ticarət mərkəzinə gələn, eləcə də şəhərin mərkəzində olan avtomobilləri burada yerləşdirməklə sıxlığın qarşısını almaqdı. Burada tikilinin 4 mərtəbəsi isə ticarət mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin hər mərtəbəsinin sahəsi 7 min kvadratmetr olacaq binanın tez bir zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.