Cəmiyyət

Ölkənin cənubunda yeni yol açıldı

24 İyul 2014 11:42
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yardımlı rayonunda yeni yol çəkilib. Milli.Az xəbər verir ki, bu bardə Day.Az saytına Yardımlı Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

Məlumata əsasən, Yardımlı-Hamarkənd-Abbasabad yolunun uzunluğu 14,6 km, eni 6 metrdir. Zolaqların sayı 2-dir. Bu yol əhalisinin sayı 10 min nəfər olan 13 yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Yardımlı-Hamarkənd yolunun 2-ci kilometrində, Viləş çayının üzərində yükgötürmə qabiliyyəti 10 ton olan 22 metr uzunluğunda körpü də tikilib. Yardımlı-Bozayran-Bürzünbül yolundakı 12-metrlik körpü ağır tonnajlı maşınların təsirindən yararsız hala düşüb. Bu körpünün yerində yenisi inşa olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.