Cəmiyyət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evi tikilir

24 İyul 2014 11:09
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evinin inşasına başlanılıb.

Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AzərTAc-a bildiriblər ki, uşaq bağçası-körpələr evinin biri şəhərin yeni salınmış "32 hektar" adlanan ərazisində, digəri isə Azərbaycan küçəsində inşa olunur.

Hazırda hər iki binada hörgü işləri görülür. Tikinti yerli inşaatçılar tərəfindən aparılır. Müasir arxitektura üslubunda inşa edilən binalarda balacaların təlim-tərbiyəsi üçün bütün lazımi şərait olacaq.

Hər iki binanın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.