Cəmiyyət

Bakı metrosunda gülünc mənzərə - YENİLƏNİB - FOTO

24 İyul 2014 10:43
7 Şərh     Baxış: 3 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropolitenində gülünc mənzərə yaranıb


10:43

Bakı Metropolitenində baş verənlər sərnişinləri əsəbləşdirib. Anspress-in məlumatına görə, hərəkətdə olan qatarın qapısının zənciri yerindən çıxıb. Bunu əks etdirən foto Facebook-da paylaşılıb.

Məlumata görə, qatarın vaqonlarından birinin qapılarında problem yaranıb. Vaqonun qapısının zənciri yerindən çıxıb. Nəticədə qatarın hərəkəti dayandırılıb. Xeyli yubanma olduğu üçün sərnişinlər arasında narazılıqlar olub.

Məsələ ilə bağlı Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovla əlaqə saxladıq. Onun verdiyi məlumata görə, belə bir hadisə baş verməyib.

"Bu gün metro qatarlarının hərəkətində heç bir ləngimə olmayıb. Ümumiyyətlə qatarın qapısında da belə problem olmayıb. Deyilənlərin hamısı yalandır", - deyə Hidayət Məmmədov bildirib.

----------
09:51

Bakı metrosunda bunu da gördük. Milli.Az xəbər verir ki, ötən gün Bakı metrosunda qatar 15 dəqiqə geçikib. Buna səbəb isə qatarın qapısının zəncirinin çıxması olub.

Sərnişinlərdən biri həmin mənzərəni çəkərək Facebook sosial şəbəkəsində paylaşıb və həmin foto geniş müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ilə əlaqə saxlasaq da o, məzuniyyətdə olduğunu bildirdi.

"Hal-hazırda məzuniyyətdəyəm və hadisədən xəbərsiz olduğuma görə sizə heç bir açıqlama verə bilməyəcəm".

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.