Cəmiyyət

İnsanların kitaba olan həvəsinin azalmasına səbəb nədir?!

23 İyul 2014 18:46
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əvvəllər insanlar boş vaxtlarını mütaliə edərək keçirirdilər, indi isə fərqlidir. Mütaliəni müasir texnoloji yeniliklər, yəni kompüter, internet və s. aparılan sorğular da onu göstərir ki, kitaba və xüsusən bədii ədəbiyyata marağı azaldıb. Hətta bəzi gənclər kitabı əllərinə almaqdan belə çəkinirlər. İnsanların kitaba olan həvəsinin azalmasına səbəb nədir?!

Kitab insanın ən yaxşı sirdaşıdır. Kitabdan alınan informasiya hər zaman gərəkli və lazımlıdır. Xüsusilə bədii ədəbiyyatdan. Elə isə ancaq yaxşıları bizə verən kitablardan niyə qaçırıq?! Kitablara etibar et... Onlar lazım olanda susur, zəruri məqamlarda isə qarşımızda dünyaları açır....

Buna baxmayaraq, insanlar, xüsusən gənc nəsil kitabın qarşılarında açacağı dünyadan, deyəsən, çox qorxurlar. Doğrudan da, son illər kitab oxumaq, sanki, dəbdən düşüb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, gənclər arasında "ən son oxuduğunuz bədii ədəbiyyat hansı olub" sualı əsasında apardığımız sorğunun da nəticəsi birmənalı oldu.

Oxucu: "Elmlə, ümumiyyətlə, maraqlanmıram".
Oxucu: "Əsgərlikdən təzə gəlmişəm bilmirəm heç".
Oxucu: "Nə ədəbiyyat, vallah mən 9-cu sinifdən çıxmışam".
Oxucu: "Ədəbiyyat oxumuram, riyaziyyatla maraqlanıram"
Bədii ədəbiyyata azalan marağın səbəbini Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri fərqli səbəblərdə gördülər.

İnqilab İsaq, yazıçı: "Gənclərdə kitaba qarşı maraq yaratmaq üçün bir sıra səbəblər var. Biri də odur ki, kitab təbliği ilə bağlı maraqlı tədbirlərin keçirilməsi vacibdir. Burada kitabxanaların üzərinə çox ciddi iş düşür. Çox yaxşı olardı ki, yaşadığımız Gəncə şəhərində müasir tələblərə cavab verən kitab mağazaları inşa olunsun".

Məmməd Alim, yazıçı: "Əsl ədəbiyyat, əslində, çox yüksək səviyyəli əsərlərdən ibarətdir. Bunları da başa düşmək üçün xüsusi mədəniyyət və elm lazımdır. Mən inanıram ki, gənc nəsil də, orta nəsil də elə yaşlı nəsil də bədii ədəbiyyata əsl ədəbiyyata üz tutacaq. Çünki bədii ədəbiyyatsız insanın mənəviyyatı yoxdur".

Deyilənə görə kitab bəzi vərdişlərə bənzəyir. Əvvəl yaxın durmaq istəmirsən, daha sonra oxumağa başlayanda isə sonunacan qurtarmadan əl çəkmirsən. Beləliklə, kitab kitab gətirir və onun aludəçisi olursan. Elə isə sadəcə oxumağa başlamaq lazımdır. O, elmin başlanğıcıdır. Elm isə mədəniyyətin...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.