Cəmiyyət

Üzümün vaxtından tez yetişməsinin səbəbi nədir?

23 İyul 2014 18:39
0 Şərh     Baxış: 1 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zəngin təbiətə və əlverişli iqlimə malik olan Azərbaycanda əkinçilik və kənd təsərrüfatı sahəsində üzümçülük də aparıcı yerlərdən birini tutur. Respublika ərazisində bir çox üzüm növləri yetişdirilir ki, bu da dekabrın sonu, yanvar ayının əvvəlinədək əhalini birbaşa üzüm bağlarından dərilərək satışa çıxarılan təzə məhsulla təmin etməyə imkan yaradır.
Ölkə ərazisində becərilən və ultra tez yetişən üzüm növləri iyun ayının əvvəllindən satışa çıxarılır. Lakin son zamanlar havaların isti keçməsi digər üzüm növlərinin də vaxtından əvvəl yetişməsinə səbəb olur. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, havanın temperaturunun yüksək olması üzüm növlərinin tez yetişməsinə gətirib çıxarır.

Məhsəti Ələkbərova, ADAU-nun bağçılıq kafedrasının müəllimi: "Müəyyənləşdirilib ki, keyfiyyətli məhsul dedikdə, bütün keyfiyyət göstəricilərinin özündə toplanması bir başa 3500 dərəcə fəal temperatur, 150 gün vegetasiya müddəti olduqda məhsul daha keyfiyyətli olur. Bu da gec yetişən sortun kriteriyalarına cavab verir. Belə nəticəyə gəlmək olar ki, tez yetişmə nisbətən də olsa, keyfiyyət göstəricilərinə mənfi təsir göstərir".

Məhsulun keyfiyyəti, onun becərilmə üsulu mütəxəssislər qədər istehlakçıları da maraqlandırır. Süni yollarla vaxtından əvvəl yetişdirilən gübrəli məhsulların bazarlara yol açdığı bir vaxtda, satışda olan üzümün keyfiyyəti də alıcıları narahat edə bilər. Bu səbəbdən də bildirək ki, bazarlarda gübrəli məhsullarla yanaşı, ekoloji təmiz, ultra tez yetişən üzüm növlərinə də rast gəlmək mümkündür.

Məhsəti Ələkbərova: "Məsələn, Azərbaycanda becərilən Ağ Xəlili sortu ultra tez yetişən sort hesab olunur. Bundan başqa Özbəkistandan gətirilən prima sortu var ki, o da ultra tez yetişən üzüm növünə aiddir. Bu növlər iyun ayının əvvəlindən başlayaraq satışa çıxarılır və nübar sayılır. Burada heç bir gübrədən söhbət gedə bilməz".

Hazırda satışda olan üzüm növlərinin qiymətinə gəldikdə isə, bu məhsul 1 manat - 1 manat 50 qəpiyə təklif olunur.

Məlumat üçün bildirək ki, hazırda respublika ərazisində 16,4 min hektar üzüm bağları var ki, onların da təxminən 60-70 faizi məhz Qərb bölgəsinin payına düşür.

Ölkədə üzümün orta məhsuldarlığı 9,2 ton hektar təşkil edir. Ümumi göstəriciyə gəldikdə isə il ərzində respublika ərazisində 150,2 min ton üzüm məhsulu istehsal olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.