Cəmiyyət

Sevil massivindən ev alanlara...

23 İyul 2014 17:39
0 Şərh     Baxış: 3 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ofisi möhürlənmiş tikinti şirkəti yoxalamalar aparılmasını təsdiqlədi

"Sevil Massivi" MTK-nın müdiriyyəti tərəfindən Milli.Az-a göndərilən məktubda deyilir ki, müştərilərə faizsiz kreditlə torpaq və mənzil əldə etmək imkanı yaradırlar. Qeyd edilir ki, Azərbaycanda ilk inşaat sektoru kimi faizsiz kredit şərti ilə minimum qiymətlərlə mənzil və ya torpaq təklif edən yeganə şirkət olaraq təqdim etdikləri kommunikasiya xətləri (qaz, su, işıq, kanalizasiya və telefon xətti), sənədləşmə ilə birlikdə müasir bir şəhərcik salır: "Massivin yaşayış başladıqdan sonra tam infrastrukturla - məktəb, baxça, poliklinika, aptek, ticarət mərkəzi ilə təmin olunması əhalinin ehtiyaclarını olduqca rahatlaşdıracaqdır.

Müştərilərimiz əldə etdikləri mənzil və ya torpaq sahəsinə ödədikləri qiymətlərdən razıdırlar, bir çox müştəriyə tam sənədləşdirmə - çıxarış verilib. Hazırda "Sevil Massivi"ndə Vergilər Nazirliyi tərəfindən yoxlamalar getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Qeyd etdiyimiz yoxlama bizim xeyrimizədir, düzgünlüyümüzün və şəffaflığımızın sübutudur. Sənədlərimizin yoxlamadan keçməsi zaman alır və bu zaman ərzində heç bir əsası olmadan yazılan xəbərlər yayan saytlar öz xeyirlərinə əhalinin təşvişə düşməsindən, sanki, razı qalan insanlardır. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur.

Məlumat üçün bildiririk ki, Aynur Zeynalov respublikadadır, yazılan xəbərlər tamamilə yalnışdır. Menecer, mühasib və ya hər hansı bir işçimizin tutulması xəbərinin heç bir əsası yoxdur, ofisdə iş başlandıqdan sonra hər kəs əvvəlki kimi işinin başında olacaqdır.

Sonda əhalini bu cür narahat edən xəbərlərə qarşılıq olaraq "Sevil Massivi" MTK olaraq ofisimizin yaxın müddətdə fəaliyyət göstərəcəyini bir daha təsdiq edirik".

Gülər
Milli.Az


Uyğun link:

Müştərilərinə xoş vədlər verən tikinti şirkətinin üzərini qara buludlar aldı
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.