Cəmiyyət

İlham Mirzəyev tibb məntəqəsinə köçürüldü

23 İyul 2014 15:40
7 Şərh     Baxış: 6 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı İstintaq Təcridxanasında saxlanan psixoloq, baxıcı İlham Mirzəyev tibb məntəqəsinə köçürülüb

Milli.Az xəbər verir ki, vəkil Adəm Məmmədov iyulun 23-də "Media forum" saytına bildirib ki, İlham Mirzəyevin onurğasında yırtıqlar var: "Ağrıları şiddətlənib, ayağı tutulub. Həkimlər iynə vurub, qoluna girib onu ağır vəziyyətdə tibb məntəqəsinə aparıblar. Bir həftəyə yaxındır həmin məntəqədə müalicəsi davam etdirilir".
 

Vəkil istintaqın davam etdiyini deyib: "Sonuncu dəfə İlham Mirzəyevin həbs müddəti iki ay uzadılmışdı. Ehtimal ki, yaxın günlərdə işi yekunlaşdırıb məhkəməyə göndərəcəklər".

Adəm Məmmədov əlavə edib ki, İlham Mirzəyev ailə üzvləri ilə görüşə, telefonla danışa bilir.


İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.