Cəmiyyət

Alimlərimiz ukraynalılarla birgə araşdırmalar aparacaqlar

23 İyul 2014 15:18
0 Şərh     Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı alimlər ukraynalı həmkarları ilə birgə Ukrayna Milli Antarktida Mərkəzində araşdırmalar aparacaq

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, institutun İxtiologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Namiq Mustafayev Kiyev şəhərində ezamiyyətdə olub. Ezamiyyə müddətində o, son 10 ildə Ukrayna Milli Antarktida Mərkəzində aparılan tədqiqatlara dair mərkəzin direktoru, akademik V.A.Litvinovun və 2011-2020-ci illərdə Antarktidada həyata keçirilməsi nəzərdə tutulan layihənin koordinatoru N.İ.Lubvinanın məruzələrini dinləyərək, gələcəkdə onlarla əməkdaşlıq etməyə dair danışıqlarda iştirak edib.

Əvvəllər İngiltərəyə məxsus olan Antarktida Mərkəzi 1996-cı ildə Ukrayna dövlətinə hədiyyə edilib. Buna görə də bazada aparılan tədqiqatların nəticələri İngiltərəyə göndərilir. Azərbaycanla birgə aparılacaq tədqiqat işləri 2015-2020-ci illərə planlaşdırılır. Birgə aparılacaq tədqiqatlar zamanı canlı orqanizmlərdə mühitə uyğunlaşma ilə əlaqədar baş verən dəyişikliklərin tədqiqi nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.