Cəmiyyət

Oxucu üzünə həsrət qalan kitablar... - VİDEO

23 İyul 2014 15:14
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kitaba və kitabxanaya maraq hansı səviyyədədir?

Milli.Az Türkel TV-yə istinadən (TTV) xəbər verir ki, yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək kimidir. Bu kitabları qoruyub saxlamaq da təbii ki, kitabxanaların öhdəsinə düşür. Hazırda elektron kitabxana sisteminin yaradılması ilə yanaşı, ənənəvi kitabxanaların olması da vacibdir. Tovuzda 71 şəhər və kənd kitabxanasını özündə birləşdirən mərkəzləşdirilmiş kitabxana sistemi var.
 

Tovuz rayon MKS-in direktoru Güldərən İbrahimova: "Tovuz rayon kitabxanası 1925-ci ildən fəaliyyət göstərir. Əsası yazıçı Əbülhəsən tərəfindən qoyulmuşdur. 1977-ci ildən isə MKS kimi fəaliyyətin davam etdirir".

Qeyd edək ki, kitabxanada 34 işçi çalışır. Müsahibim bildirdi ki, kitabxanaya ilk 6 ay ərzində 3500-dən çox oxucu müraciət edib. Bu müraciət əsasında 27 min nüsxə kitab verilib.


Güldərən İbrahimova: "Orta hesabla götürəndə gün ərzində bizim kitabxanaya gəlir 30-35 nəfər oxucu, onlara verilən kitablar isə 50-55-60 kitab. O baxır, kitabxanaya gələn oxucuların sayına, bəzən 70-ə də çatır".

Kitabxananın direktoru oxucu sarıdan korluq çəkmədiklərini desə də, çəkiliş apardığımız bir neçə saat ərzində kitabxanada cəmi 1 nəfər oxucu görə bildik.

Bu kitabxanada 41 min nüsxə kitab var. Yəni əsl bir xəzinə yatır, ancaq çox təəssüf ki, bu binanın qarşısından keçənlər burada belə bir xəzinənin olduğundan xəbərsizdirlər.

Bu kitabxananın ilk binasıdır. Bina yararsız vəziyyətə düşəndən sonra kitabxana indi yerləşdiyi binaya, yəni doğum evinin köhnə binasına köçürülüb. Qəribə məntiqi uyğunluq var, bir vaxtlar uşaqların dünyaya gəldiyi doğum evində indi yazarların dünyaya gətirdiyi kitablar qorunur.


Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.