Cəmiyyət

Azərbaycanda mal bazarları niyə bağlanır?

23 İyul 2014 14:40
1 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
""Nodulyar dermatit" xəstəliyindən hələ 1 baş da olsun heyvan ölümü qeydə alınmayıb".

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.

S.Rüstəmova bildirib ki, bu vaxtlar istilərlə bağlı mövsümü xəstəliklərə təsadüf olunur: "Ola bilər ki, heyvanlar həmin mövsümü xəstəlik olan qan-parazitar xəstəliyindən ölürlər. Bu günə olan məlumata görə, "Nodulyar dermatit" virus xəstəliyi ilə bağlı 4 rayon üzrə müalicədə olan 85 baş heyvan var".

Onun sözlərinə görə, bu xəstəliyin Cəlilabad, Biləsuvar, Ucar və Ağdaş rayonundan kənara çıxmasına imkan verilməyib: "Bazarların bağlanmasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bizə köməklik göstərilib. Bununla bağlı cənab nazirin göstərişi olub. Oradakı mal bazarları bağlanıb. Hazırda epizootik vəziyyət Baytarlıq Xidmətinin tam nəzarəti altındadır. Xəstə heyvanların müalicəsi davam edir və hansı məntəqədə xəstəlik baş veribsə, onlarla qonşu kəndlərin hamısında profilaktik tədbirlər aparılır".


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.