Cəmiyyət

Sinoptiklər sabaha nə vəd edirlər?

23 İyul 2014 13:19
4 Şərh     Baxış: 3 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 24-də hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi əsəcək. Dağlıq rayonlarda arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.