Cəmiyyət

Bakıda piyadalar qorxu içində

23 İyul 2014 13:33
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu yaxınlarda məni "Sahil" metrosunun yanında yol polisi saxladı. "Zebra"nın üzərində  piyadaya yol verməmişdim. Çünki bir maşın piyada keçidinin düz üzərində dayanmışdı və onun yanından çıxan piyadanı görmədim. Mənə izah etdilər ki, həmin maşın parkinq üçün pul ödəyib və maşını saxlayıb. Ona heç nə edə bilməzlər. Ancaq mən bildiyim qədər piyada keçidinin üzərində parkinq qadağandır".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına məktub göndərən Vasiliya Romanenko adlı oxucu qeyd edib.

Oxucu deyir ki, həmin hadisəyə görə ona cərimə yazıblar.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

"Bizim apardığımız reydlər və xidmət zamanı onlarla qayda pozan sürücü inzibati məsuliyyətə cəlb olunur. Bunlar arasında piyadalara yol verməyən sürücülər də var. Bu qayda pozuntusuna görə cərimələnən sürücülər fərqli bəhanələr gətirirlər. Sürücü yolda olan hər şeyi görməlidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.