Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib

23 İyul 2014 13:04
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İsmayil Xan bölgəsində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.

Trend Pakistanın "Diplomatic News Agency" agentliyinə istinadən xəbər verir ki, məcburi köçkünlər üçün yaradılmış düşərgədə təşkil olunmuş tədbirdə Xayber Paxtunxva əyalət hökumətinin rəsmiləri, federal fövqəladə nazirliyinin nümayəndəsi iştirak etmişlər.

Mərasimdə çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü, Pakistan parlamentinin sabiq sədr müavini, AİMS inkişaf fondunun təsisçisi Fəysəl Kərim Kundi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən müqəddəs Ramazan ayında çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlığını bildirib.

Daha sonra o, Heydər Əliyev Fondunun Pakistanın Xayber Paxtunxva əyalətində inşa etdirdiyi Heydər Əliyev su təchizatı sistemi və digər layihələr barəsində məlumatlar verib. Natiq bütün bunların Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

Daha sonra, düşərgədə məskunlaşmış on minlərlə məcburi köçkünlərə qablaşdırılmış mineral su paylanıb. Tədbirin sonunda məcburi köçkünlər üçün iftar süfrəsi təşkil olunub.

Heydər Əliyev Fondunun Ramazan ayında keçirdiyi layihələrin davamı olaraq Pəncab əyalətinin kimsəsiz qız uşaqlarının məskunlaşdığı Beyt-il-Mal uşaqlar evində iftar yeməyi təşkil olunub. Uşaqlar evində təşkil olunmuş mərasimdə, Beyt-ul-Malın prezidenti Vahid Şeyx, Azərbaycan-Pakistan Gənclər Parlamentinin (QHT) prezidenti M.A. Nur, media nümayəndələri, Azərbaycan Səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Beyt-il-Malın prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanlı uşaqlara göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda uşaqlar evinin sakinləri və burada çalışan texniki heyət üçün iftar verilib. İftar yeməyindən sonra tədbir iştirakçıları üçün musiqi proqram təşkil olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.