Cəmiyyət

700 bal toplayan abituriyentlər - FOTO

23 İyul 2014 11:40
3 Şərh     Baxış: 3 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:40

Bu il II və III ixtisas qrupları üzrə qəbul imtahanında maksimum nəticə göstərərək 700 bal toplayan abituriyentlərin kimliyi və hansı təhsil müəssisəsini bitirmələri açıqlanıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, yalnız 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb.
 

II ixtisas qrupunda 700 bal toplayanlardan biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur.

Digər 700 bal toplayan abituriyent Samir Rzayev isə Bakı Türk Liseyinin məzunudur.

Qeyd edək ki, iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.


---------
11:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari ilin məzunları üçün iyulun 20-də II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan bildiriblər ki, II qrup üzrə cəmi iki nəfər 700 bal toplayıb.

Azvision.az-ın məlumatına görə, 700 bal toplayan abituriyentlərdən biri 287 nömrəli "Zəkalar" liseyinin şagirdi Qoşqar Qədimbəylidir.

O, eyni zamanda cari tədris ili ərzində "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən Respublika olimpiadasının final turunda gümüş medal qazanıb.

Milli.Az

----------
11:40

Böyütmək üçün şəkillərə klikləyin.



-----------
11:03


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.