Cəmiyyət

Atatürk prospektindəki yerüstü piyada keçidinin inşası tamamlanmaq üzrədir - FOTO

22 İyul 2014 18:07
0 Şərh     Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakının Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır"

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb: "Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qaraşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir".

P.Mürsəliyev qeyd edib ki, piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.