Cəmiyyət

Onlar Bakıda mərkəzi parkı yataqxana ediblər - FOTO

23 İyul 2014 02:00
3 Şərh     Baxış: 2 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının mərkəzi parkı tüfeyli həyat tərzi keçirənlər tərəfindən zəbt edilib. Oxucular Milli.Az-a yazır ki, Səbail rayonu, Filarmoniya parkında "bomj"ların əlindən tərpənmək olmur. Səhərdən parkın oturacaqlarında əyləşən həmin şəxslər günün böyük hissəsini orada yatır. Onların qoxusundan isə insanlar oturacaqlara yaxın düşə bilmirlər.

Səbail rayon Polis İdarəsi post-patrul xidmətinin rəisi Xəqani Qəhrəmanov Milli.Az-a bildirdi ki, patrul əməkdaşları həmin əraziyə nəzarəti gücləndirəcək. Xidmət rəisinin sözlərinə görə, tüfeyli həyat tərzi keçirən şəxslər polislərin gözündən yayınaraq orada yatırlar. Qısa zamanda həmin şəxslər mərkəzi parkdan uzaqlaşdırılacaqlar.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.