Milli Məclisin keçmiş deputatı, vaxtilə özünün yaratdığı "Namus" Respublika Partiyasına sədrlik edən Toğrul İbrahimli vəfat edib.
T.İbrahimlinin ailəsindən modern.az saytına verilən məlumata görə, o, ötən gecə 63 yaşında dünyasını dəyişib. Mərhum Mərdəkan qəbiristanlığında dəfn olunub.
Modern.az-ın məlumatına görə, Toğrul İbrahimli 1951-ci idlə dünyaya gəlib. 1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi Milli Məclisin deputatı seçilib. 1998-ci ildə YAP üzvlərinin bir neçəsi partiyadan ayrılmaq qərarına gəlmişdi. Parlamentin o vaxtkı iclaslarının birində Toğrul İbrahimli də spiker olan Murtuz Ələsgərovdan bəyanat oxumaq üçün icazə alır. O, elə Milli Məclisdəcə "Namus" Respublika Partiyası yaratdığı səbəbindən hakim partiyadan ayrıldığını bəyan edir. Onun AMİP-dən olan deputat həmkarı Nazim İmanov bir qədər sonra zarafatyana demişdi: "Adamın Allahı var, Toğrul YAP-dan "Namus"la ayrıldı".
Toğrul İbrahimli deputatlıqdan sonra "Namus"u ilə birgə siyasi meydandaydı. 2003-cü il prezident seçkiləri ərəfəsində yaradılan "Bizim Azərbaycan" siyasi partiyalar blokuna qoşulmuşdu. Hətta o vaxt bu blokun prezidentliyə vahid namizədi olan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birgə bölgələrə səfərə də çıxırdı...
Toğrul İbrahimlininin "Namus" partiyası bir müddət keçmiş baş prokuror İxtiyar Şirinin rəhbəri olduğu Milli Konqres Partiyası ilə də əməkdaşlıq edib. Bu iki partiyanın birgə əməkdaşlıqla bağlı sazişləri də olub. Toğrul müəllim partiyası ilə Azərbaycançı Qüvvələr Birliyi adlı blokda da təmsil olunub. Qeyd edək ki, həmin blokda əsas söz sahibləri Azərbaycan Sosial Demokrat və Azərbaycan İslam partiyaları idilər. Sonralar blok dağıldı
Toğrul İbrahimli haqda ən son məlumat bundan ibarət idi ki, hər şeydən bezən eks-deputat partiyasını bağlayıb, özü isə Mərdəkana köçmüşdü.
Allah rəhmət eləsin...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
- Azərbaycanda şirkət 20 min, vəzifəli şəxs 3 500 manat cərimələndi
- Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB
XƏBƏR LENTİ
- Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
- UEFA-dan AVRO-2024-lə bağlı qərar
- Bakıda işçi mühafizə etdiyi idman zalının kassasını taladı - FOTO
- Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları təsdiqləndi
- Prezident: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır
- İlham Əliyev: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir
- Əməkdar artistin sağlıq vəziyyəti açıqlandı
- Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi
- "Şöhrətim məndən balamı aldı" - FOTO
- Tokayev “soyqırımı” abidəsini ziyarətdən imtina etdi
- Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb
- Daha bir prospektdə velosiped yolu salınır
- Azərbaycan millisində 20 futbolçu
- Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
- Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
- Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
- İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
- "Tesla" bu ölkələrdə ucuzlaşdı
- Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
- Pendirdən imtina etməyin 4 əsas səbəbi
- Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
- Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO