Cəmiyyət

Facebook-da maraqlı yenilik

22 İyul 2014 16:18
1 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook-da yeni dünya peyda oldu

Facebook sosial şəbəkəsi "Yadda saxla" düyməsini təqdim edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu düymə baxdığınız xəbərlərin, video və şəkillərin yadda saxlanılaraq sonradan oxuna bilməsini təmin edir.

"Hər gün insanlar sosial şəbəkədə maraqlı şeylər görürlər. Ancaq hər dəfə ona baxmaq üçün vaxt tapa bilmirlər. İndi isə siz Facebook-da tapdığınız hər şeyi yadda saxlaya bilərsiniz ki, zamanınız olanda baxasınız", - sosial şəbəkənin məlumatında deyilir.

Bu düymə bütün informasiya daşıyıcılarında, o cümlədən Android və iOS əməliyyat sistemləri ilə çalışan qurğularda da olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.